REGİONLAR


Naxçıvanda gənc rəssamlar üçün onlayn seminar təşkil olunub

Naxçıvan, 5 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin təsviri incəsənət və rəngkarlıq ixtisası tələbələri üçün onlayn seminar təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, seminarda universitetin İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılov çıxış edərək keçirilən tədbirlərin önəmini qeyd edib, rəssam və tələbələrin gələcək təcrübələrinin möhkəmlənməsində birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikasının Əməkdar rəssamı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva tələbələrin suallarını cavablandırıb.

Tədbirdə gələcəkdə tələbələrin fərdi sərgilərinin təşkili və Azərbaycanın tanınmış rəssamlarının əsərləri ilə birgə sərgilənməsi, çəkdikləri rəsm əsərlərinin kataloqlarda çap olunması ilə bağlı müzakirələr aparılıb.

Seminarda müəllif və tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.