REGİONLAR
Naxçıvanda keçirilən ənənəvi “Arıçılıq məhsulları - bal festivalı”ndan FOTOREPORTAJ
Naxçıvan, 15 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları-bal festivalı”na start verilib.
Oktyabrın 16-da başa çatacaq festivalda muxtar respublikanın müxtəlif rayonlarından olan arıçı sahibkarların il ərzində topladıqları məhsulların sərgi-satışı keçirilir. Burada arıçılıq avadanlıqlarının və arıçılığa aid ədəbiyyatların da sərgisi təşkil olunub. Minbir çiçəkdən toplanan və böyük zəhmətlə başa gələn, süfrəmizin əvəzolunmaz neməti bal və bal məhsulları maraqlı dekorasiyalarda göz oxşayır.
AZƏRTAC-ın Naxçıvan bürosu yerli və xarici turistlərin böyük marağına səbəb olan “Arıçılıq məhsulları-bal festivalı”ndan fotoreportajı təqdim edir.