Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Naxçıvanda tədrisdə informasiya-kommunikasiya texnologiyalarından istifadəyə həsr olunmuş Beynəlxalq simpozium keçirilmişdir

Naxçıvan, 5 iyul (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) “Elektron Naxçıvan – 9: informasiya-kommunikasiya texnologiyaları və tədris” mövzusunda Beynəlxalq simpozium keçirilmişdir.

NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları, təhsil nazirlərinin, türkiyəli qonaqların iştirak etdikləri beynəlxalq simpoziumdan əvvəl elektronika, memarlıq və rəsm sərgilərinə baxış keçirilmiş, elektronika sərgisində nümayiş olunan, universitetin memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası tələbələrinin hazırladıqları, elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyət kəsb edən nümunələrlə tanışlıq olmuşdur.

Müəllim və tələbələrin əl işləri, rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayiş olunduğu sərgi də maraqla qarşılanmışdır. Beynəlxalq simpoziumu giriş sözü ilə universitetin rektoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin İKT-nin inkişafına görə ön sırada olması, dünya informasiya məkanına uğurla inteqrasiya etməsi, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə regionda qazanılan uğurlar barədə danışmışdır.

Vurğulanmışdır ki, Naxçıvan Dövlət Universitetində elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Elektron təhsil şəbəkəsi, elektron kitabxananın yaradılması, semestr imtahanlarının elektron test üsulu ilə aparılması, virtual əməkdaşlığın genişlənməsi, beynəlxalq videokonfransların təşkili bu mühüm məqsədə xidmət edir. Sonra universitet televiziyasının hazırladığı “Elektron Naxçıvan” sənədli filmi nümayiş etdirilmişdir. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutu canlı bağlantı vasitəsilə beynəlxalq simpoziuma qoşularaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xüsusi dəstəyi və bilavasitə rəhbərliyi ilə 2005-ci ildən həyata keçirilən ənənəvi “Elektron Naxçıvan” layihəsinin reallaşmasında AME-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Təhsil Nazirliyinin rolundan, layihənin əhəmiyyətindən danışmışlar.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənın və çoxsaylı kollektivin simpozium iştirakçılarına salamlarını çatdırmışdır. Akademik İsa Həbibbəyli məruzəsində “Elektron Naxçıvan” hərəkatını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun milli düşüncə, dövlətçilik təfəkkürü, humanitar və informasiya texnologiyaları siyasətinin vəhdətindən ibarət, müstəqil ölkənin inkişafına xidmət edən siyasi modelinin bəhrəsi kimi dəyərləndirmişdir. AMEA-nın vitse-prezidenti son bir il ərzində Azərbaycan Milli Elmlər Akademiyasında İKT-nin inkişafı, müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıldığını bildirərək “Elektron Naxçıvan” hərəkatının humanitar-siyasi əhəmiyyətindən də danışmışdır. Qeyd olunmuşdur ki, humanitar siyasətlə texniki düşüncənin vəhdəti XXI əsrin yeni təfəkkürlü, müasir insanının formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov ümummilli lider Heydər Əliyevin ölkədə informasiya-kommunikasiya texnologiyalarının prioritet sahə kimi inkişaf etdirilməsi istiqamətindəki xidmətlərini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya cəmiyyətinin inkişafı, elektron hökumətin yaradılması məqsədilə apardığı məqsədyönlü siyasətin uğurlarını simpozium iştirakçılarının diqqətinə çatdırmışdır.

Bildirilmişdir ki, bir çox beynəlxalq hesabatlarda, o cümlədən Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan Respublikasının İKT sahəsindəki nəticələri nəzərə alınmış, 2013-cü ilin hesabatında “İKT-yə dəstəkdə hökumətin uğurları” və “Hökumətin gələcək baxışlarında İKT-yə verilən əhəmiyyət” indekslərinə görə ölkəmiz dünya üzrə ilk onluqda yer almışdır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” bu sahədə qarşıda duran vəzifələrin həlli, daha genişmiqyaslı işlərin görülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Son on ildə Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrdən bəhs edən nazir bildirmişdir ki, bu gün muxtar respublikanın telekommunikasiya sisteminin 60 faizini “NGN” texnologiyasına əsaslanan yeni nəsil telekommunikasiya sistemləri təşkil edir. Hazırda yaşayış ərazilərinin 92 faizində genişzolaqlı internet, 80 faizində simsiz internet xidmətləri göstərilir. Naxtel simsiz telekommunikasiya sistemi 27 baza stansiyası vasitəsilə muxtar respublikanın ərazisinin 85 faiz əhatə edir.

Naxçıvan Muxtar Respublikasında “Elektron hökumət” portalı qurulmuş, 34 dövlət orqanının xidmətləri portala daxil edilmişdir. Yüksək sürətli informasiya mübadiləsini təmin etmək məqsədilə fiber-optik telekommunikasiya şəbəkəsinin genişləndirilməsi davam etdirilmiş, muxtar respublikanın optik şəbəkəsi TransAsiya-Avropa beynəlxalq fiber-optik magistralına qoşulmuşdur. Ali Məclisin Sədrinin tapşırıq və dəstəyi ilə muxtar respublikada sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi informasiya-kommunikasiya texnologiyalarının inkişafı bundan sonra da uğurla davam etdiriləcəkdir.

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Zahid Mehdiyev məruzəsində ölkəmizdə İKT-nin inkişaf göstəriciləri barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, bu gün ölkəmizdə əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 20 ədədə, internet istifadəçilərinin sayı 73-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə çatmışdır. Azərbaycan internet istifadəçilərinin sayına görə MDB ölkələri arasında birinci yerdədir. Ölkədə e-xidmətlərin tətbiqi genişlənir, e-hökumət portalı fəaliyyət göstərir, e-imzanın tətbiqi gündən-günə artır.

Məruzəçi blokada şəraitində magistral informasiya kanallarına çıxış imkanlarının məhdud olmasına baxmayaraq Naxçıvan Muxtar Respublikasında İKT sektorunun sürətlə inkişaf etdirilməsindən danışmış, bu inkişafın region ölkələri üçün nümunə olduğunu vurğulamışdır.

Türkiyə Respublikası İğdır Universitetinin prorektoru, professor Mehmet Farik Yılmaz iki qardaş ölkənin ali məktəbləri arasında İKT sahəsində bilik və təcrübə mübadiləsinin əhəmiyyəti, təmsil etdiyi universitetdə müasir texnologiyalardan istifadə imkanları barədə məlumat vermişdir.

Beynəlxalq simpoziumda Naxçıvan Dövlət Universitetinin tərəfdaşlıq etdiyi, ən müxtəlif ölkələrin elm və təhsil müəssisələri ilə videobağlantı yaradılmışdır.

Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovun təqdimatı ilə Koreya Respublikasının Kiber Universitetinin professoru, LİX proqramının rəhbəri Skot Jeong, İspaniyanın Malaqa Universitetinin əməkdaşı, “Erasmus Mundus” layihələrinin koordinatoru Xuan Antonio Martin-Checa, Rusiya Federasiyasının Uxta Dövlət Texniki Universitetinin prorektoru Emin Yaqubov, beynəlxalq informasiya üzrə əməkdaşlıq və layihələr şöbəsinin müdiri Daniil Yuryev, İnformasiya Hesablama Mərkəzinin direktoru Maksim Barabanov beynəlxalq simpoziuma qoşulmuş, virtual əlaqələrin inkişafı, İKT-nin geniş imkanlarından birlikdə faydalanmaq barədə konkret təkliflərlə çıxış etmişlər.

“Elektron Naxçıvan – 9: informasiya-kommunikasiya texnologiyaları və tədris” mövzusunda Beynəlxalq simpoziumu NDU-nun incəsənət fakültəsinin müəllim və tələbələrinin konsert proqramı ilə başa çatmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib