MƏDƏNİYYƏT


Nazilə Cavadbəyli: Qarşıdakı illərdə də sərgiyə yeni kitablarla qatılmağı çalışacağam

Bakı, 6 oktyabr, AZƏRTAC

Mən yazar olaraq VIII Bakı Beynəlxalq Kitab Sərgisinə Təbrizdən qatılmışam. Bu, mənim üçün xoş bir məqamdır. Düşünürəm ki, qarşıdakı illərdə də sərgiyə yeni kitablarımla qatılım.

Bunu VIII Bakı Beynəlxalq Kitab Sərgisində AZƏRTAC-a açıqlamasında yazıçı Nazilə Cavadbəyli deyib.

Bu gün burada "Balaca qırmızı balıq" adlı kitabımın imza mərasimi keçirildi. Azərbaycan uşaqları ilə görüşüb, danışmaq və onların fikirlərini öyrənmək mənim üçün çox xoş oldu. Etiraf edim ki, bu günə kimi mənə belə bir imkan yaradılmamışdı və buna görə təşkilatçılara təşəkkürümü bildirirəm. Biz həmişə uşaq kitablarını qələmə alanda uşaqlara özünü bu əsərlərdə tapmasına çalışırıq. Balaca oxucuların marağına cavab verən əsərlər yazmaq nə qədər çətindirsə, bir o qədər də maraqlıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.