İQTİSADİYYAT


Nazir: Azərbaycan Lapis-Lazuli tranzit dəhlizi ilə daşınan yüklərin həcminin artırılması niyyətindədir

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Lapis-Lazuli tranzit dəhlizi ilə daşınan yüklərin həcminin artırılması niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən Əfqanıstan məhsulları sərgisi çərçivəsində jurnalistlərə müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, Azərbaycan son illər nəqliyyat qovşağına çevrilir: “Ölkəmizdən keçən dəhlizlərdən biri də Lapis-Lazuli tranzit dəhlizidir. Biz bu dəhlizlə daşınan yüklərin həcminin artırmasını istəyirik. Bu gün Əfqanıstanın Sənaye və Ticarət naziri ilə görüşdə bununla bağlı fikir mübadiləsi aparılıb. Düşünürük ki, Əfqanıstan məhsullarının həm ölkəmizə, həm də Azərbaycan vasitəsilə digər ölkələrə çatdırılması baxımından dəhlizin böyük əhəmiyyəti var. Gələcəkdə dəhlizin təşviqi istiqamətində tədbirlər görüləcək”.

Ş.Mustafayev vurğulayıb ki, Əfqanıstan şirkətlərinin imkanlarının Azərbaycanda təqdimatına şərait yaradılacaq. Həmçinin Azərbaycan şirkətləri də niyyətləri olduğu təqdirdə Əfqanıstan bazarına çıxış imkanlarından istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.