İDMAN


Nazir Fərid Qayıbov gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Gənclər və İdman Nazirliyində ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının bir qrupu ilə gənclər və idman naziri Fərid Qayıbovun görüşü keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı çıxış edən gənclər nazirə təşkilatlarının fəaliyyəti, həyata keçirilən layihələr, qarşılaşdıqları çətinliklər, gələcək planları barədə məlumatlar veriblər.

Bundan başqa təşkilatların fəaliyyətinin tənzimlənməsi üçün qanunvericlik məsələləri, beynəlxalq əməkdaşlıq, gənclərin inkişafında təşkilatların rolu, təşkilatların sosial mediada fəaliyyəti, gənclərin rəqəmsal bacarıqlarının inkişafı, könüllülük fəaliyyəti, biznes qurumları ilə əməkdaşlıq və sair məsələlər ətrafında müzakirələr aparılıb.

Gənclər təşkilatlarının rəhbərləri maraqlı və səmimi görüş üçün nazir Fərid Qayıbova minnətdarlıqlarını bildiriblər.

Daha sonra nazir Fərid Qayıbov bu görüşlərin davamlı olacağını və nazirliklə gənclər təşkilatlarının əməkdaşlığının daha da genişlənəcəyini bildirib.

Görüşdə gənclər və idman nazirinin müavinləri İntiqam Babayev, Fərhad Hacıyev, nazirliyin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva, gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.