DÜNYA


Nazir: Gürcüstan iqtisadiyyatı COVID-19-la bağlı ikinci məhdudiyyətlərə tab gətirməyəcək

Tbilisi, 11 sentyabr, AZƏRTAC

Gürcüstan hökuməti COVID-19-la əlaqədar ölkədə ciddi qadağaların tətbiq edilməməsi üçün hər şeyi edir. Ölkə iqtisadiyyatı pandemiya ilə əlaqədar tətbiq olunan qadağaların ikinci zərbəsinə tab gətirməyəcək.

AZƏRTAC xəbər verir, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

Nazir qeyd edib ki, ölkədə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşməyə başlayıb. Pandemiya başlayandan bəri gündəlik ən çox yoluxma sentyabrın 10-da qeydə alınıb – 57 nəfər. Son məlumatlara görə, ölkədə koronavirusa yoluxanların sayı 1830 nəfər təşkil edir.

“Biz böyük və ciddi qadağalardan qaçmaq üçün bütün imkanlara əl atırıq. Ona görə ki, bizim iqtisadiyyatımız məhdudiyyətlərin zərbəsinə daha davam gətirə bilməz”, – deyə N.Turnava vurğulayıb.

O deyib: “Görülən səmərəli tədbirlər və həkimlərin professionallığı ilə biz bu prosesin daha yüngül keçəcəyinə əminik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.