DÜNYA


Nazir Hulusi Akar: Türkiyə ordusu yerli və milli istehsal vasitələri ilə təchiz olunacaq VİDEO

Ankara, 2 may, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı terror düşərgələrinə endirdiyi dəqiq zərbələr nəticəsində 44 terrorçu zərərsizləşdirilib. Bölgədə həyata keçirilən “Pəncə-Şimşək” və “Pəncə-Ylıldırım” antiterror əməliyyatları uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin komanda heyəti ilə birlikdə İraqın şimalında Biliç Tepe bölgəsində yerləşən hərbi hissəni ziyarət edən müdafiə naziri Hulusi Akara keçirilən antoterror əməliyyatları barədə hesabat verilib.

Milli müdafiə naziri Hulusi Akar hərbçilər qarşısında çıxışında bildirib ki, mövcud terror təhdidləri tam aradan qalxana qədər antiterror əməliyyatları davam edəcək. Aparılan mübarizə yalnız terrorçulara və terrorçuluğa qarşıdır.

Ordunun ölkə daxilində və xaricindəki mövcud fəaliyyətindən bəhs edən nazir bildirib ki, Türkiyə haqlı mübarizəsini bundan sonra da həyata keçirəcək. Türkiyə ordusunun istifadə etdiyi silah-sursat və ləvazimatlar yerli və milli istehsal vasitələri olacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.