REGİONLAR
Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov sentyabrın 27-də Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Ağdaş və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin gün Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzində Tərtər və Ağdam rayonlarından olan vətəndaşları, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Mingəçevir şəhəri və Yevlax rayonundan olan vətəndaşları qəbul edəcəklər.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-338-36-32), Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) və Yevlax Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.