MƏDƏNİYYƏT


Nazir müavini: Azərbaycan mədəni münasibətlərin təşviqində qlobal platformaya çevrilib

Nazir müavini: Azərbaycan mədəni münasibətlərin təşviqində qlobal platformaya çevrilib

Bakı, 8 dekabr, AZƏRTAC

Bu il Azərbaycanın UNESCO-ya qoşulmasının 30 illiyidir. Ölkəmiz təşkilata qəbul olunduğu illərdən onun dəyərlərini və ideyalarını təşviq edib, yerli və beynəlxalq səviyyədə ən fəal üzvü və tərəfdaşına çevrilib. Bu illər ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev söyləyib.

“Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

Mahmud Məmməd-Quliyev bildirib ki, 2008-ci ildən başlayaraq Azərbaycan mədəni münasibətlərin təşəkkül tapmasında, təşviqində qlobal platformaya çevrilib.

"Azərbaycan UNESCO-nun qlobal təhsil koalisiyasına qoşularaq dünya səviyyəsində təhsilin inkişafına dəstək verən ilk ölkələrdən olub. Bu məqsədlə 1 milyon dollar vəsait ayırıb. Həmçinin təşkilatın bir sıra proqramlarının həyata keçirilməsində iştirak edib, onları dəstəkləyib. Azərbaycan hökuməti Afrika İrsi Fonduna 100 min dollar ianə vermək töhfəsini üzərinə götürüb”, - deyə nazir müavini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.