İQTİSADİYYAT


Nazir müavini: “Bakutel 2019” 23 ölkədən 238 şirkəti bir araya gətirir

Bakı, 2 dekabr, Pərvanə Rəhimova, AZƏRTAC

Dekabrın 3–6-da Bakı Ekspo Mərkəzində keçiriləcək “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi 23 ölkəni təmsil edən 238 şirkəti bir araya gətirir.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 2-də sərgiyə həsr olunmuş mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini qeyd edib ki, ölkəmizin İKT sahəsini tərənnüm etdirən, dünyaya çatdıran “Bakutel 2019” sərgisi bu sahədə ən önəmli tədbirlərdəndir. Sərgidə 25 il ərzində 50 ölkədən 3 min şirkət təmsil olunub və 160 min ziyarətçi iştirak edib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu tədbiri dəstəkləyir. Hər il sərgidə il ərzində gördüyümüz işlərə yekun vururuq. Nazirlik tərəfindən təşkil olunan milli pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, “Elektron imza” infrastrukturu, Data mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də dəstəklən bir sıra startap layihələri yer alıb. Sərginin ikinci zalında IoT (əşyaların interneti) texnologiyaları təqdim olunacaq. Azərbaycanda son illər bu istiqamətdə də bir sıra tədbirlər həyata keçirilir”, - deyə E.Vəlizadə bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.