SİYASƏT


Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yeddinci iclası keçirilib

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 7-də Nazirlər Kabinetində Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yeddinci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov iclasın gündəliyində duran məsələlərdən danışıb. O, iclasın əsas məqsədinin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üzrə 2018-ci il ərzində görülən işlər, qarşıda duran vəzifələr, bununla bağlı Azərbaycan Prezidentinə təqdim ediləcək hesabatın təqdimatı və təsdiq edilməsi, həmçinin DİM-lər üzrə Azərbaycan üçün prioritet hesab edilən məqsəd, hədəf və göstəricilərin yekun layihəsinin müzakirəsi və təsdiqi olduğunu deyib.

İclasda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatının hazırlanmasına dair müzakirələr də aparılıb. Gündəlikdə duran digər məsələ isə DİM-lərin həyata keçirilməsində özəl sektorun rolu mövzusunda aidiyyəti qurumlarla birgə panel müzakirənin keçirilməsi təşəbbüsü olub.

Sonra gündəliyə uyğun təqdimatlar keçirilib.

Sonda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə 2018-ci il ərzində görülən işlər, qarşıda duran vəzifələrlə bağlı hesabat təsdiq olunub və onun Azərbaycan Prezidentinə təqdim edilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.