CƏMİYYƏT
Nazirliyin əməkdaşları şəhidlərin məktəbli övladlarını ziyarət edib
Bakı, 11 sentyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini yad ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Bakıda yaşayan şəhid ailələri ziyarət edilərək şəhidlərin məktəbli övladlarına məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub. Nazirliyin və İctimai Birliyin nümayəndələri məktəbliləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara dərslərində uğurlar diləyiblər.
Şəhid ailələri göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bölgələrdə yaşayan şəhid övladlarına isə hədiyyələr “Azərpoçt” MMC tərəfindən çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:02]
Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
- 26.04.2024 [20:21]
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
- 26.04.2024 [20:05]
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
- 26.04.2024 [19:29]
Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb
- 26.04.2024 [19:12]