İQTİSADİYYAT
Neft Fondu Asiya İnkişaf Bankı ilə Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin olunmasını müzakirə edib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycanın hasilat sənayesində şəffaflığın təmin edilməsini müzakirə edib.
Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, müzakirələr ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının icraçı direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.
Görüşdə ARDNF-in fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə məsələlər müzakirə olunub.
Nümayəndə heyəti fondun muzeyi ilə tanış olub.