CƏMİYYƏT


Neft Fondu bu vaxtadək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,1 milyard manat ayırıb

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari il iyulun 1-dək qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 2 milyard 187,2 milyon manat ayırıb.

AZƏRTAC ARDNF-ə istinadla xəbər verir ki, bu ilin yanvar-iyun aylarında isə Neft Fondu tərəfindən qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat yönəldilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.