İQTİSADİYYAT
Neft Fondunun icraçı direktoru Dünya İnvestisiya Forumunun X illik sessiyasında iştirak edir
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov oktyabrın 22-dən 26-dək İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) təşkilatçılığı ilə keçirilən Dünya İnvestisiya Forumunun X illik sessiyasında iştirak edir.
Fonddan AZƏRTAC-a bildirilib ki, “Dayanıqlı İnkişafa İnvestisiyalar” mövzusunda keçirilən sessiyada yeni qloballaşma və sənayeləşmə erasında beynəlxalq investisiyalar üçün mövcud qlobal çətinliklər, investisiya tərəfdaşlarının çətinliklərin həllinə dair təşəbbüsləri və hər kəs üçün inkişafa dair qlobal tərəfdaşlığın qurulması məsələləri müzakirə olunur.
Tədbirdə dünyanın 160 ölkəsindən dövlət və özəl sektoru təmsil edən 6000-dən çox nümayəndə iştirak edir.
Ş.Mövsümov tədbir zamanı Suveren və Pensiya Fondlarının Dialoqu sessiyasında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]