“Neft daşları uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
AzerTAg.az
Bakı, 20 sentyabr (AZƏRTAC). Binəqədi rayonunda yerləşən 298 nömrəli körpələr evi-uşaq bağçasında “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunan “Neft daşları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi təşkil edilib.
Müsabiqə “Qan donorları assosiasiyası” İctimai Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Binəqədi rayon bölməsi, “Gənclərin həmrəyliyinə dəstək” İctimai Birliyinin və gənc həvəskar idmançıların təşəbbüsü ilə reallaşıb.
“Qan donorları assosiasiyası” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, həftə ərzində tərbiyəçilər və təlimçilər tərəfindən uşaqlara neft daşları və neftdən hazırlanan məhsullar barəsində geniş məlumat verilib. Uşaqlar isə əldə etdikləri məlumatlar əsasında öz düşüncələrini rəsm vərəqlərinə köçürüblər.
Sonda müsabiqənin qalibi olan rəsm əsərlərinin müəllifləri mükafatlandırılıb.
Xəbərin mətnində orfoqrafik səhv var