İQTİSADİYYAT


Neft-qaz sektoruna yatırılmış investisiyalar 22,9 faiz artıb

Bakı, 15 avqust, AZƏRTAC

Bu ilin yanvar-iyul aylarında neft-qaz sektoruna 3 milyard 424,8 milyon manat yönəldilib. Keçən ilin eyni dövrü ilə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 22,9 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-iyul aylarında neft-qaz sektorunda 12 milyard 542,1 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilin eyni aylarına nisbətən 4,3 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 4,5 faiz azalıb.

Sənaye məhsulunun 61 faizi mədənçıxarma sektorunda istehsal edilib. İyulda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 106,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 108 faiz olub.

İyulun 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nəfər çalışıb. Yanvar-iyun aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3571 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.