İQTİSADİYYAT


Neft qiymətləri pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

Bakı, 18 fevral, AZƏRTAC

Neft qiymətləri pandemiyadan əvvəlki səviyyəyə qayıdıb.

AZƏRTAC xəbər verir ki, ABŞ-da havaların kəskin soyuması neft hasilatına ciddi şəkildə təsir edib. Belə ki, ABŞ-da xam neft istehsalı 40 faiz azalıb. Nəticədə “Brent” markalı neftin bir barrelinin qiyməti 65 dolları keçərək pandemiyadan əvvəlki səviyyəyə qayıdıb. “Brent”in qiyməti ötən ilin yanvarından bəri ilk dəfə 65 dolları keçib.

Qeyd edək ki, ABŞ-da neft hasilatı 4 milyon barreldən çox azalıb. İstehsaldakı bu geriləmə onsuz da artmaqda olan qlobal neft bazarında dəstəkləyici rol oynayıb.

Neft qiymətləri cari ildə isə 26 faiz artıb. Səudiyyə Ərəbistanında neft hasilatına dair məhdudiyyətlərin tətbiqi qiymət artımında əsas rol oynayıb.

Analitiklər Səudiyyə Ərəbistanının aprel ayından etibarən hasilatı yenidən artıracağını gözləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.