ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutu ilə UFAZ arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bakı, 1 may, AZƏRTAC

Neft və Qaz İnstitutu ilə Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında görüş keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, akademik Fəxrəddin Qədirov, direktor müavini, professor Vaqif Qurbanov, elmi katib Şəlalə Hüseynova, şöbə müdirləri və UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, baş tədqiqatçı Filip Turek, Yer elmləri üzrə magistr proqramı koordinatoru Klara Cordi, Neft və qaz mühəndisliyi üzrə proqram koordinatoru Fidan Aslanzadə iştirak ediblər.

Görüşdə Neft və Qaz İnstitutu ilə UFAZ-ın əməkdaşlığının vacib olduğu vurğulanıb. Tərəflər təmsil etdikləri elm və təhsil müəssisələrinin fəaliyyətindən, perspektivlərindən danışıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.