MƏDƏNİYYƏT


“Neft və müharibə: nəhənglərin döyüşü” kitabının təqdimatı olub

Bakı, 1 fevral, Zərəngiz Mansurova, AZƏRTAC

Fevralın 1-də “Azərkitab” - Kitab Təbliğatı Mərkəzində kino və televiziya rejissoru, kinodramaturq, beynəlxalq və ümumittifaq kinofestivallarının laureatı Nazim Rzanın “Neft və müharibə: nəhənglərin döyüşü” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərkitab” - Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov müzakirə olunan kitabı ciddi, fundamental tədqiqat işi kimi dəyərləndirib.

Bildirib ki, geniş oxucu auditoriyası üçün nəzərdə tutulan, kitab İkinci Dünya müharibəsində “böyük neft” uğrunda amansız savaşa, bu müharibədə neftin həlledici roluna, o cümlədən Bakı neftinin taleyinə həsr olunub. Müəllif Sovet və Qərb tarixçilərinin araşdırmaları, yüksək çinli hərbiçilərin xatirələri və arxiv sənədlərindən ustalıqla istifadə edib. İki dildə - Azərbaycan və rus dillərində yazılan tədqiqat əsərinin daha bir neçə xarici dilə tərcümə edilməsinin vacib olduğunu bildirib.

Tədbirdə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Bakı nefti haqqında yazılmış tədqiqat əsərinin aktual olduğunu söyləyib. Bildirib ki, Bakı nefti təkcə Azərbaycan tarixinin yox, dünya tarixinin bir hissəsidir. R.Zeyni kitabı maraqla oxuduğunu, araşdırmaçılar üçün çox yaxşı mənbə olduğunu deyib.

Digər çıxış edənlər bildiriblər ki, Nazim Rza tədqiqat əsərində İkinci Dünya müharibəsində Şərq, Qərb cəbhələrində Bakı neftinin qlobal xarakterini tutarlı faktlarla açmağa çalışıb.

Bildirilib ki, ölkəmizin sərvəti olan neftə yazıçı çox həssaslıqla yanaşıb, ciddi araşdırmalar aparıb. Bu məsuliyyət hissi tədqiqatçı-yazıçının digər əsərlərinin də əsas leytmotiv olaraq diqqəti cəlb edir.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitablarını oxuculara təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.