REGİONLAR


Neftçalada 5564 hektar sahədə yazlıq bitkilər əkilib

Neftçala, 4 may, Mahir Babayev, AZƏRTAC 

Neftçalada cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini davam edir.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları ilin ötən dörd ayında 5564,1 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 27,5 faiz çoxdur. Əkin aparılmış sahələrin 1888 hektarını yonca, 114 hektarını kartof, 119,5 hektarını tərəvəz, 203 hektarını bostan bitkiləri, 3162,6 hektarını pambıq, 77 hektarını isə dənli bitkilər (vələmir və qarğıdalı) təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.