REGİONLAR


Neftçalada tərəvəz sahələrindən indiyədək 70 tondan çox məhsul yığılıb

Neftçala, 11 iyun, Mahir Babayev, AZƏRTAC

Neftçalalı fermerlər cari ilin məhsulu üçün 142,5 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul yetişib. Bir neçə gündür ki, əkinçilər tərəvəz sahələrində yetişmiş məhsulun yığımına başlayıblar.

Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu mövsüm neftçalalı əkinçilər 142,5 hektar sahədə tərəvəz becəriblər. Artıq əkinçilər sahələrdə yetişmiş məhsulun yığımına başlayıblar və bu günədək 142,5 hektar tərəvəz sahəsinin 10 hektarından 70,1 ton məhsul toplayıblar. Yığılmış məhsulun 30 tonunu xiyar, 13 tonunu pomidor, 15 tonunu sarımsaq, 12,1 tonunu isə digər tərəvəzlər təşkil edib.

Həmçinin 146,7 hektar kartof sahəsinin 50,2 hektarından 433 ton məhsul tədarük olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.