İDMAN


“Neftçi” klubu “Qalatasaray” ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakının “Neftçi” klubu Avropa Liqasının ikinci turunda Türkiyənin “Qalatasaray” komandası ilə keçirəcəyi oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

AZƏRTAC xəbər verir ki, siyahıda 25 futbolçu yer alıb. Heyətə qapıçılar - Səlahət Ağayev, Kamran İbrahimov, Aqil Məmmədov, müdafiəçilər - Cabir Əmirli, Mamadu Mboc, Rener Alves De Souza, Anton Krivotsyuk, Voislav Stankoviç, Ömər Buludov, Tallison Dias, yarımmüdafiəçilər - Namik Ələskərov, Emin Mahmudov, Saman Nərimancahan, Fəhmin Muradbəyli, Yusuf Laval, Fərid Yusifli, Stiven Jozef-Monroz, Sabir Buqrin, Mamadu Kane, Vüsal Əsgərov, Əli Mürsəlov, İsmayıl Zülfüqarlı, hücumçular - Mirabdulla Abbasov, İbrahim Əliyev və Prins İbaranın adı daxil edilib.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.