İDMAN


“Neftçi” klubu baxışa futbolçu dəvət edib

Bakı, 16 oktyabr, AZƏRTAC

Bakının “Neftçi” klubu baxışa yeni futbolçu dəvət edib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, bu, qvineyalı Mamadu Kanedir.

İyirmi bir yaşlı Kane mərkəz yarımmüdafiəçisidir. Qvineyanın “Kaloum Star” klubunun üzvü olmuş futbolçu bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.

Qeyd edək ki, məşqçilər korpusu bu gündən məşqlərə qoşulan Mamadu Kane haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.