İDMAN


“Neftçi” müdafiəçisi Mamadi Mbodjla müqavilənin müddətini artırıb

Bakı, 8 iyun, AZƏRTAC

Bakının “Neftçi” futbol klubu müdafiəçi Mamadi Mbodjla müqavilənin müddətini artırıb.

AZƏRTAC kluba istinadla xəbər verir ki, anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək "ağ-qara" formanı geyinəcək.

Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Muradbəyli ilə yeni müqavilə bağlamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.