İDMAN
“Neftçi” voleybolçuları ölkə çempionatında liderliyini davam etdirir
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də kişi voleybolçular arasında Azərbaycan çempionatında VII turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun açılış oyunu “Neftçi” və “Sumqayıt” komandaları arasında təşkil olunub. Bakı təmsilçisi rəqibinə heç bir setdə şans verməyib - 3:0.
“Lokomotiv”-MOİK görüşü "hərbçilər"in meydana çıxmaqdan imtina etməsi səbəbi ilə keçirilməyib. Komanda əsas voleybolçularının zədəli olmasını əsas gətirib. Nəticədə “Lokomotiv” klubuna texniki qələbə verilib.
Turun “Nəqliyyatçı”–“Naxçıvan” dueli isə maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib. Oyun tay-brekə qədər davam edib və Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeddi turdan sonra “Neftçi” 21 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Lokomotiv” 19 xalla ikinci, “Naxçıvan” isə 12 xalla üçüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [20:36]
Hidayət Heydərov dördqat Avropa çempionu olub
- 26.04.2024 [18:19]
Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik
- 26.04.2024 [17:20]
Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 26.04.2024 [16:59]
Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər
- 26.04.2024 [16:54]
İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
- 26.04.2024 [16:29]
Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub
- 26.04.2024 [15:34]
Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
- 26.04.2024 [15:13]