İQTİSADİYYAT
Neftçilər prospektində üfüqi nişanlama xətləri rənglənəcək
Bakı, 18 fevral, AZƏRTAC
Neftçilər prospektinin Rixard Zorge və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində, həmçinin Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə fevralın 18-də saat 22:00-dan etibarən fevralın 19-u səhər saatlarınadək üfüqi nişanlama xətlərinin rənglənməsi işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, üfüqi nişanlama xətlərinin rənglənməsi işləri Xocalı prospektinin hər iki istiqaməti üzrə fevralın 19-u səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər, həmçinin axşam saat 22:00-dan fevralın 20-si səhər saat 05:00-a qədər də icra olunacaq.
Fevralın 20-də gün ərzində isə xətlənmə işləri Neftçilər prospektinin Kövkəb Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində, həmçinin Xocalı prospektində davam etdiriləcək.
Bu səbəbdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.