İQTİSADİYYAT
Neftin qiyməti 2016-cı ildən indiyədək ən böyük aylıq itki ilə üzləşib
Bakı, 1 noyabr, AZƏRTAC
Neftin qiyməti 2016-cı ildən bu vaxtadək ən böyük aylıq itki ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, neftin qiyməti yavaşlayan qlobal iqtisadiyyat, ABŞ-da artan ehtiyatlar və istehsalçılardan gələn qarışıq mesajlara görə onsuz da qeyri-müəyyən olan bazarı daha da pis vəziyyət qarşısında qoyub. Belə ki, “Brent” markalı neftin bir barrelinin qiyməti 76 dolları ötdükdən sonra təxminən 10 faiz geriləyib. Bununla da, “qara qızıl”ın qiyməti son iki ildən artıq müddətdə ən pis aylıq çıxışını göstərib.
Ekspertlərin fikrincə, neftin qiyməti tədarük bolluğuna dair narahatlıqlar və dolların güclənməsi fonunda geriləyir.
Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 74,63 dollara, “Light” nefti isə Nyu-Yorkun NYMEX birjasında 65,05 dollara alıcı axtarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]