İQTİSADİYYAT


Neftin qiyməti ABŞ-da ehtiyatların təsiri ilə formalaşacaq

Bakı, 22 avqust, AZƏRTAC 

Neftin qiyməti ABŞ-da ehtiyatların azalmasının davam edəcəyi proqnozları ilə 47 dollar/barrel civarında formalaşıb.

AZƏRTAC xəbər verir ki, ABŞ-da neft ehtiyatlarına dair rəsmi məlumatların mövsümi tələbatın gücləndiyi vaxtda azalacağına dair gözləntilər artır. Həmçinin təklif çoxluğunun azalacağı da proqnozlaşdırılır. Bütün bu proqnozlar fonunda neftin bir barrelinin qiyməti 47 dollar civarında dəyişir.

“Bloomberg”in sorğusunda iştirak edən analitiklərin qənaətinə görə, ABŞ-da neft ehtiyatları 3,5 milyon barrel azalacaq. Bundan başqa, Liviya ölkənin ən böyük neft yatağından xam neft istehsalını dayandırıb. Bu da ölkənin ixrac və idxalında azalmalara səbəb olacaq.

Qeyd edək ki, ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər çərşənbə günü açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.