İQTİSADİYYAT


Neftin qiyməti Səudiyyə Ərəbistanındakı hadisələr fonunda bahalaşır

Bakı, 14 may, AZƏRTAC

Dünya birjalarında neftin qiyməti Səudiyyə Ərəbistanından gələn xəbərlər fonunda bahalaşır.

AZƏRTAC xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 71,14 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 61,61 dollara alıcı axtarır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih ölkədəki Şərq-Qərb neft boru kəmərindəki 2 nasos stansiyasına partlayıcı ilə təchiz edilmiş dron vasitəsilə hücum olunduğunu deyib. Nazir hadisəni terror aktı kimi qiymətləndirib.

Onun sözlərinə görə, hazırda hadisə nəticəsində dəymiş ziyan aradan qaldırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.