İQTİSADİYYAT
Neftin qiyməti pandemiyadan əvvəlki səviyyəyə qayıdır
Bakı, 4 dekabr, AZƏRTAC
Birjalarda neft qiymətləri pandemiyadan əvvəlki səviyyəyə qayıdır. Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 49 dollardan baha satılır.
AZƏRTAC xəbər verir ki, “OPEC+”un yanvar ayından etibarən hansı həcmdə neft hasil edəcəyinə dair qərar verildikdən sonra neftin qiyməti 50 dollar/barrelə çatır. “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 46,05 dollara alıcı axtarır.
“OPEC+” ölkələri gələn ilin yanvarında hasilatı 500 min barrel artıracaq. Əvvəl nəzərdə tutulan 7,7 milyon barrel istehsalın məhdudiyyətinin bu qərardan sonra həmin həcmin 7,2 milyon barrelə enməsi deməkdir. Gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4 milyon 564 min barrel, qeyri-OPEC ölkələri isə 2 milyon 636 min barrel azaldacaq. Nazirlər növbəti addımın nə olacağını müzakirə etmək üçün hər ay toplaşacaqlar.
Qeyd edək ki, “OPEC+” üzrə xam neft hasilatının yanvar ayında 0,5 milyon barrel artırılması qərarını Azərbaycan da dəstəkləyib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq 2021-ci ilin yanvarında Azərbaycanın öhdəliyi 123 min barrel olacaq. Yəni yanvar ayında Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlamalıdır.
Xatırladaq ki, aprel ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonuna qədər 1,9 milyon barrel yumşaldılmasını