İQTİSADİYYAT


Neftin qiyməti sentyabr ayına itkilərlə başlayıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Birjalarda xam neft son 3 ayda dar qiymət aralığında satıldıqdan sonra tam bərpa olunmayan tələbat və “OPEC+” koalisiyasının hasilatı artırması fonunda sentyabr ayına qədər zəif bir başlanğıc edib.

AZƏRTAC xəbər verir ki, pik dövr kimi səciyyələndirilən yay mövsümündə tələbatın koronavirus pandemiyası səbəbindən aşağı olması, eləcə də Səudiyyə Ərəbistanının “Arab Light” markalı neftin oktyabr qiymətini azaltması “qara qızıl”ın qiymətinin aşağı istiqamətli dəyişməsinə səbəb olub və nəticədə hazırda “Light” neftinin barrel qiyməti 40 dollar səviyyəsindən aşağıdadır.

Qeyd edək ki, “Brent” neftinin bir barreli Londonun ICE birjasında 41,97 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 39,08 dollara satılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.