İQTİSADİYYAT
Neftin qiymətinin ucuzlaşmasına səbəb nədir?
Bakı, 23 iyul, Nihad Budaqov, AZƏRTAC
Avropa, Çin və ABŞ-da benzin ehtiyatlarının rekord səviyyədə artması neftin qiymətinin ucuzlaşmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, ötən dövrdə Avropada benzin ehtiyatları 12 faiz artaraq rekord həddə çatıb. İyunda isə Çinin benzin ixracı 2 dəfə artaraq gündəlik 312 min barrelə çatıb. ABŞ-da benzin ehtiyatları ötən həftə 0,9 milyon barrel və ya 0,4 faiz artaraq 241 milyon barrelə çatıb. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 25 faiz çox olmaqla son 10 ilin rekord səviyyəsidir.
Analitiklərin fikrincə, benzin ehtiyatlarının rekord səviyyədə artması “qara qızıl”ın qiymətinin ucuzlaşmasına təsir edir.
Qeyd edək ki, hazırda Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 44,24 dollara, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barreli 45,72 dollara satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]