İQTİSADİYYAT


“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirilib

Bakı, 22 avqust, AZƏRTAC

“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün “Layihələrin hazırlanması və idarəedilməsi” mövzusunda təlim keçirilib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, könüllülərə layihələr və onların yazılma qaydaları, layihələrin idarəedilməsi funksiyaları, SWOT (Güclü cəhətlər, zəif cəhətlər, imkanlar və təhlükələr) analizi haqqında ətraflı məlumat və zəruri tövsiyələr verilib. Əldə edilən nəzəri biliklərin praktikada tətbiq edilməsi məqsədilə qrup işləri təşkil edilib. Könüllülər tərkibi 5 nəfərdən ibarət olan qruplar şəklində paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yol-nəqliyyatla bağlı layihə təkliflərini hazırlayaraq auditoriyaya təqdim ediblər. Könüllülərin təqdimatları təlimçi tərəfindən izlənilib və qiymətləndirilib.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramı həyata keçirir. Könüllülük proqramının məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır.

Agentlik tərəfindən hazırlanan maraqlı proqram çərçivəsində könüllülər müxtəlif təlimlər vasitəsilə bilik və bacarıqlarını artıracaq və aksiyalarda iştirak edəcəklər. İki aylıq proqramı müvəffəqiyyətlə başa vuran könüllülər praktiki biliklərə yiyələnərək sonda sertifikatla təltif olunacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.