REGİONLAR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Bakı, 19 iyun, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayevin iyunun 21-nə nəzərdə tutulan görüşlərinin vaxtı dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir R.Quluzadə iyunun 25-də saat 12:00-da Oğuzda Oğuz və Şəki rayonlarının sakinlərini, nazirin birinci müavini Ə.Abdullayev isə iyunun 25-də saat 12:00-da Qəbələdə rayon sakinlərini qəbul edəcək. Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 Çağrı mərkəzi, (012) 598-38-18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Oğuz rayonunda (024) 215-28-99, Şəki rayonunda (024) 244-25-00, Qəbələ rayonunda (024) 205-25-99 nömrəli telefona zəng etmələri xahiş edilir.