İQTİSADİYYAT


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi mobil telefonlar üçün proqram təminatını təqdim edir

Bakı, 26 dekabr (AZƏRTAC). Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yollarda sərnişinlərin və sürücülərin hərəkətini rahatlaşdırmaq məqsədilə mobil telefonlar üçün proqram təminatı istifadəyə vermişdir.

NİİM-dən AZƏRTAC-a bildirmişlər ki, proqram təminatını mobil telefonuna yükləmiş istifadəçi real vaxtda Bakının avtomobil yollarının vəziyyəti, paytaxtdakı avtobuslar, təmir-tikinti işləri aparılan yollar haqqında məlumat ala, elan və digər informasiyalar əldə edə bilər.

“iPhone 3GS”, “iPhone 4”, “iPhone 4S”, “iPhone 5”, “iPod touch” (3, 4 və 5-ci nəsil) və “iPad iOS 4.3” qurğuları tərəfindən dəstəklənən, həmçinin “iPhone 5” üçün uyğunlaşdırılan proqram təminatı pulsuzdur.

Proqram təminatını aşağıdakı linkdən yükləmək mümkündür:

https://itunes.apple.com/az/app/baku-its/id587351186?mt=8.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.