CƏMİYYƏT


Nərimanov rayonunda ticarət obyektlərində baş vermiş yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib VİDEO

Bakı, 16 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Nərimanov rayonunda ticarət obyektlərində yanğının söndürülməsi işinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 21 yanğınsöndürən avtomobili və 105 əməkdaşı cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisinin müavini Əkbər Novruzov deyib.

Əkbər Novruzov qeyd edib ki, metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında bir-birinə bitişik bir neçə ticarət obyektində baş verən yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib. Bu telefon, parça mağazaları və digər müxtəlif təyinatlı ticarət obyektləridir. Yaxınlıqda yerləşən yaşayış binaları yanğından tam mühafizə olunub. Yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.