REGİONLAR


Nəsimi rayonunun məktəbliləri üçün Şəkidə yay istirahət düşərgəsi təşkil olunub

Şəki, 28 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Paytaxtın Nəsimi rayonunun məktəbliləri üçün Şəkinin səfalı guşələrindən birində - “Cənnət bağı” istirahət mərkəzində yay istirahət düşərgəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Nəsimi rayonu və Şəki Şəhər İcra Hakimiyyətlərinin birgə layihəsi əsasında təşkil edilən “Gənc İlhamçılar” yay düşərgəsində təhsildə fərqlənən, həmçinin imkansız, əlil və şəhid ailələrindən olan 50 məktəbli iştirak edir.

Düşərgənin təşkilində əsas məqsəd məktəblilərin yay istirahətlərinin səmərəli keçməsini, onların sağlam böyüməsini, gənc nəslin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasını təmin etməkdir. Düşərgədə uşaqların istirahətinin mənalı keçməsi üçün hər cür şərait yaradılıb, maraqlı və əyləncəli proqram tərtib olunub.

Düşərgənin müəllimi Məlahət Allahverdiyeva AZƏRTAC-a bildirib ki, məktəblilər artıq Şəkinin tarixi məkanları ilə tanış olmaq imkanı da əldə ediblər. Şəki xanlarının sarayına, “Yuxarı Karvansaray” mehmanxana kompleksinə, Kiş kəndindəki qədim alban məbədinə ekskursiyalar, həmçinin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzi ilə tanışlıq məktəblilərin böyük marağına səbəb olub. Məktəblilər, eyni zamanda, düşərgədə keçirilən qol güləşi, kəndir dartma, futbol, basketbol, boulinq üzrə yarışlarda, intellektual oyunlarda da fəallıq göstərirlər. Yarışlarda fərqlənən məktəblilər mükafatlandırılıblar.

Nəsimi rayonu məktəblilərinin yay istirahət düşərgəsi iyulun 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.