Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Nəsimi yaradıcılığı kitab qrafikasında

Bakı, 19 iyul, AZƏRTAC

Nəsiminin 650 illiyinin qeyd edilməsi Azərbaycan sənətşünaslığında yeni elmi-tədqiqat işlərinin aparılmasına təkan verib. Şairin haqqında bədii və sənədli filmlər çəkilməsi, səhnə əsərləri hazırlanması, onun obrazının rəssamlıqda, heykəltəraşlıqda, xalçaçılıqda yaradılması sənətşünaslığı yeni tədqiqat obyekti və materialları ilə zənginləşdirir. Hətta elə mühüm materiallar var ki, yaradıldığı vaxtdan yarım əsrdən çox vaxt ötməsinə baxmayaraq, indiyədək layiqincə tədqiqat obyektinə çevrilməyib. Hesab edirik ki, belə az öyrənilmiş sahələrdən biri Nəsimi yaradıcılığının kitab qrafikası sənətindəki təzahürüdür.

Bu fikirlər AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovun AZƏRTAC-a təqdim etdiyi “Nəsimi yaradıcılığı kitab qrafikasında” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə yazılır ki, bədii qrafikanın tərkib hissəsi olan kitab qrafikası ötən əsrin 50-80-ci illərində əsl intibah dövrü yaşayıb. O zaman Azərbaycanda kitab qrafikasının inkişafı respublikada mədəniyyət və incəsənətin ümumi inkişafının bir hissəsi olaraq çoxsaylı nəşrlərdə bədii tərtibat nümunəsi kimi təzahür edirdi. Doğrudur, kitab nəşri indi də var, tirajın aşağı düşməsinə, qüsurların çoxalmasına baxmayaraq nəşr olunan kitablar say etibarilə əvvəlkindən də çoxdur. Lakin bu kitabların bədii tərtibatında canlı, düşüncəli rəssam əməyi çox azdır. Müasir dövrdə kitabların bədii tərtibatı əsasən kompüter vasitəsilə aparıldığından, hazır internet materiallarından istifadə edildiyindən kitabla, onun məzmunu ilə bədii tərtibat arasındakı ənənəvi əlaqə zəifləyərək ümumi xarakter alıb, fərdilik, orijinal yaradıcı münasibət itib.

Mövzudan uzaqlaşmadan Nəsimi yaradıcılığının kitab qrafikasındakı bədii tərtibat xüsusiyyətlərinə qayıdaq. Bu sahədə son 50-60 ildə yaradılmış xeyli sayda bədii nümunələr, materiallar var. Onların əksəriyyəti tədqiqata cəlb olunmayıb. Doğrudur, həmin materialların bir qismi Nəsimi sənətinin kitab tərtibatı təcəssümü müstəvisində deyil, müxtəlif rəssamların yaradıcılığının öyrənilməsi müstəvisində nəzərdən keçirilib. Lakin onların da sayı çox deyil və mövzunu daha dərindən araşdırmağa ehtiyac var.

Ümumiyyətlə, ədəbi nəşrlərin bədii tərtibatını iki əsas hissəyə bölmək olar:

- Kitabın ümumi (üz qabığı, titul vərəqi, frontispis və arxa qabığı və s.) bədii tərtibatı;

- İllüstrasiyalar.

Bu bölgü şair və yazıçıların kitablarının bədii tərtibatı üçün əsasən eyni olub, universal xarakter daşıyır. Nəsimi nəşrlərində də həmin prinsip gözlənilir.

Nəsimi yaradıcılığına aid kitablar iki qismə bölünür:

- Şairin əsərlərinin (qəzəllərinin, qəsidələrinin, məsnəvilərinin) çap olunduğu kitablar;

- Şairin həyat və yaradıcılığına həsr edilmiş elmi xarakterli, əsasən ədəbiyyatşünaslıq və dilçilik əsərləri.

Hətta ötəri bir baxış göstərir ki, kitab qrafikasının bədii cəhətdən məzmunlu, dolğun olması baxımından bədii əsərlərin toplandığı kitabların tərtibatı elmi əsərlərdən daha qüvvətlidir. Eyni zamanda, elmi əsərlərin bədii tərtibatında, xüsusən 2000-ci illərdə rəssam və heykəltəraşların əsərlərindən yaradıcılıqla istifadə edilib, kitablar bədii element və fotolarla zənginləşdirilib. Lakin istənilən halda tərtibat baxımından üstünlük bədii kitablardadır. Çünki onların bir çoxunda, xüsusən köhnələrdə maraqlı illüstrasiyalar, yaxud bədii başlıqlar, rəmzlər var, elmi məzmunlu kitablardan isə bunlara, bir qayda olaraq, təsadüf edilmir.

Nəsimi poeziyasının kitab qrafikasında təcəssümü, onun kitablarının bədii tərtibatı Nizami, Füzuli, Vaqif, Əliağa Vahid və başqa lirik şairlərin əsərlərinin nəşrinin tərtibatı ilə oxşar cizgilərə malikdir. Bu kitabların bədii tərtibatını İsmayıl Axundov, Əmir Hacıyev, Altay Hacıyev, Kazım Kazımzadə, Validə Sarıcalinskaya, Elmira Şahtaxtinskaya, Maral Rəhmanzadə, Oqtay Sadıqzadə və başqaları yerinə yetiriblər. İncə, lirik ovqat, şərq poeziyasına xas bədii-fəlsəfi məzmun və onun özünəməxsus təzahürü bu tərtibatların ideya əsasını təşkil edir. Rəssamlarımız müxtəlif detal və ayrıntılar kimi yığcam, lakonik başlıqlardan, təsvirlərdən, rəmzlərdən istifadə ediblər. Məsələn, Altay Hacıyev Nəsimi lirikası üçün ay və ulduzlar, süzən ceyran, rəhil təsvirlərindən istifadə edib. Oxşar fikri Mikayıl Abdullayevin kitab tərtibatı barədə də demək olar. Rəssam, Füzulinin “Leyli və Məcnun” poemasının bədii tərtibatı üçün ay və ulduz, rəhil, eləcə də şam və pərvanə, şərab dolu badə, yerə aşmış piyalədən şərabın tökülməsi və başqa təsvirlərdən yaradıcılıqla istifadə edib, incə qrafik vasitələrlə dərin məzmunlu lirik-poetik ovqat yaradıb.

Nəsimi nəşrlərinin bədii tərtibatında iştirak etmiş rəssamlardan biri Xalq rəssamı Altay Hacıyev olub. Rəssam ta gənclik illərindən kitab qrafikası sahəsində uğurla fəaliyyət göstərib. Kitab qrafikasına və illüstrasiya sənətinə həvəs ona atası – Əməkdar incəsənət xadimi Əmir Hacıyevdən keçmişdi. Əmir Hacıyev 30-60-cı illərdə Azərbaycan yazıçılarının əsərlərinə çox maraqlı, lakonik, bəzən təbəssümlü, yaddaqalan illüstrasiyalar çəkmişdi.

Nəsiminin Mirzağa Quluzadənin tərtib etdiyi, Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı tərəfindən 1962-ci ildə buraxılmış kitabının rəssamı Altay Hacıyev olub. O zaman gənc Altay Hacıyev böyük sənət yollarında püxtələşmə dövrünü yaşayırdı.

Kitabın ilk səhifəsində rəssam şairin öz obrazını yaradıb. Bu, çox maraqlı bir təsvirdir. Məlum olduğu kimi, Nəsiminin bugünkü rəsmi təsviri öz başlanğıcını Mikayıl Abdullayevin 1973-cü ildə yaratdığı “Nəsiminin portreti”ndən götürür. Demək olar ki, bütün rəsmi sənədlərdə, ədəbiyyat dərsliklərində bu şəkildən istifadə edilir. Bundan əvvəl isə Sadıq Şərifzadənin 40-cı illərdə yaratdığı Nəsimi portretlərindən istifadə olunurdu. Həm də bu iki surət bir-birindən müəyyən qədər fərqlənirdi. Bunlardan daha öncə - 1941-ci ildə Əzim Əzimzadə də Nəsimi surətini yaratmışdı. Lakin bu, portret yox, Nəsiminin edam səhnəsini əks etdirən tematik rəsm idi. Həm də buradakı Nəsimi surəti şairin, hətta düşünülmüş, ümumiləşdirilmiş zahiri obrazına bənzəmir. Adətən düşünülmə simalar mənsub olduğu etnosun, həmçinin öz xarakterinin, amalının, məşğuliyyətinin, daxil olduğu sosial zümrənin, dini təriqətin əsas cizgilərini əks etdirir. Məhz buna görə Dədə Qorqud müdrik, Nizami hikmətli, Babək enlikürək, qüvvətli, Koroğlu uzunbığlı, qılınclı, qartal gözlü təsəvvür olunur. Bütün bunlara rəğmən Əzim Əzimzadənin Nəsimisi uzun saqqallı, qoca, zahirən azərbaycanlıdan daha çox Avropa, yaxud rus ruhanisinə bənzəyən halsız bir kişidir. Onunla müqayisədə Sadıq Şərifzadə və Mikayıl Abdullayevin yaratdığı Nəsimi surətləri bir-birinə daha yaxındır.

Altay Hacıyev Nəsimi əsərlərinin 1962-ci il nəşrində şairin surətinin maraqlı variantını təqdim edib. Görünüşünə, oturuşuna, başın, əllərin vəziyyətinə görə bu təsvir Nəsimi obrazına, ümumiyyətlə, şair obrazına uyğundur. Lakin burada Nəsimi xeyli qoca – təxminən 60 yaşında təsvir olunub. Şübhəsiz ki, bu, Nəsiminin ən qoca variantlarından biridir və məlum olduğu kimi, şair bu yaşa gəlib çata bilməyib. Rəsm ağ kağız üzərində qara tuşla işlənib. Ümumiyyətlə, kitabın əksər bədii başlıqları bu rənglərlə işlənib, bəzi yerlərdə açıq boz-göy əlavədən istifadə olunub. İllüstrasiya və başlıqlar lakonik kompozisiya və rəng həlli ilə seçilir.

Obrazın geyim həlli də diqqətəlayiqdir. Altay Hacıyevin çəkdiyi qrafik rəsmdə şairin əynində onun bədənini başdan-başa örtən iri, qara əba var. Əbanın altından ağ köynək görünür. Əslində bu, heç köynək də olmayıb sadə, qrafik ümumiləşdirmədir. Nəsiminin başında ətrafı sarıqlı papaq, ayağında isə yanları açıq çust – nəleyin var. Onun belinə qurşaq doladığını da güman etmək olar, lakin yerdə bardaş quraraq oturmuş şair sol dizini qaldırdığından qurşaq görünmür.

Altay Hacıyevin təsvir etdiyi geyim nümunəsi ilə Sadıq Şərifzadənin və sonralar Mikayıl Abdullayevin əks etdirdikləri geyim həlli arasında müəyyən əlaqə, ardıcıl rabitə mövcuddur. Xüsusən baş geyiminin həlli demək olar ki, hər üç rəssamda eynidir. Yalnız Altay Hacıyevin çəkdiyi rəsmdə əba bir qədər enli, gen-boldur. Bu rəsmdə diqqəti cəlb edən əsas geyim aksessuarı çəkmədir. Çünki heç bir rəssam Nəsiminin çəkməsini təsvir etməyib, şairin bədəninin ayaq hissəsi heç bir rəsmdə yoxdur. Bu mənada Altay Hacıyevin illüstrasiya qismində işlədiyi rəsm istisna hal kimi dəyərləndirilə bilər. Rəsmdə, həmçinin müəyyən sxematik detallar – şairin qarşısında, yerdə rəhil, onun barmaqları arasında qələm və s. nəzərə çarpır. Bu lakonik qrafik rəsmin arxa hissəsində boz-göy rəngli düzbucaqlı pəncərəni və oradan görünən səmanı təcəssüm etdirir. Səmada sxematik, eyni zamanda, şairanə görünüşlü ay (aypara) və ulduzlar nəzərə çarpır.

Maraqlıdır ki, Nəsimi lirikasını canlandıran rəssam ayrı-ayrılıqda iki maraqlı qız surəti də işləyib. Bu surətlər kitabın müxtəlif hissələrində, başlıq kimi verilmiş kompozisiyalarda yer alır. Uzun saçlı, qara gözlü, qara qaşlı bu qızlar xarakterik Azərbaycan gözəllərini təcəssüm etdirir. Nəsimi lirikasının ümumi ahənginə müvafiq olaraq hər iki qız lirik tərzdə əks olunub. Belə ki, onlardan biri qəmzəli tərzdə barmaqlarını yanağına dayaq verib, digəri isə əlində tutduğu kiçik güzgüyə baxır. Güzgüdə bu örpəkli, teli yanağında burulmuş qızın qaş-gözü görünür.

Kitab qrafikasında Nəsimi irsini təcəssüm edənlər arasında Oqtay Sadıqzadə, B.Xanəliyev və başqaları da olub. B.Xanəliyev Nəsiminin 1973-cü ildə nəşr edilmiş “Rübailər” kitabının bədii tərtibatçısıdır. Maraqlıdır ki, kitabın ikinci səhifəsində Mikayıl Abdullayevin həmin il yaratdığı Nəsimi portreti yer alır. Lakin kitabın ümumi bədii tərtibatı B.Xanliyevə məxsusdur. Bu tərtibata kitabın titul vərəqi, üz qabığı və içərisindəki rəmzi xarakterli başlıqlar aiddir. Altay Hacıyevdən fərqli olaraq B.Xanəliyev bədii tərtibatda insan təsvirlərindən istifadə etməyib. Lakin kitabın hər səhifədə əks olunan kiçik ölçülü qrafik başlıqlarda günəş, ay, ulduzlar, quş lələyindən hazırlanmış qələm, burma vərəq, ceyran, bəbir, simurq quşu, şam, pərvanə, xəncər, ox-yay və s. təsvir olunur ki, bu da nəşrin poetik məzmununu bədii təsvir vasitələri ilə daha da qüvvətləndirir. Kitabın içi ağ-qara, titul vərəqi və üz qabığı rəngli işlənib. Titul vərəqinin sarı-qəhvəyi fonunda biri ağ, digəri qara olmaqla iki ceyran, üz qabığında isə bir ceyran təsviri var.

Nəsimi yaradıcılığı Xalq rəssamı Oqtay Sadıqzadənin kitab qrafikasında yüksək bədii peşəkarlıqla işlənib. Rəssam saitin 60-70-ci illərdə nəşr edilmiş bir neçə kitabının bədii tərtibatını verib, onun əsərlərinə ümumiləşdirilmiş illüstrasiyalar çəkib.

Biz yuxarıda bədii ədəbiyyatla yanaşı, elmi ədəbiyyatı əks etdirən kitabların tərtibatı barədə də danışdıq. Qeyd etdik ki, son illərdə Nəsiminin yaradıcılığına, onun dini, siyasi, ictimai baxışlarına, şeir dilinə həsr edilmiş onlarca elmi əsər işıq üzü görüb. Elmi əsər olduqlarına, həmçinin müasir dövrdə çap edildiklərinə görə bu kitablarda illüstrasiyalar yoxdur. Lakin onların əksəriyyəti müəyyən bədii məzmuna malik rəssamlıq-dizayn tərtibatı ilə seçilir. Eləcə də Nəsimiyə həsr edilmiş bədii kitabların tərtibatı diqqətdən kənarda qalmır.

Xalq şairi Qabilin “Nəsimi” poeması bu qəbildəndir. Göründüyü kimi, bu kitab elmi deyil, ədəbi əsərdir, eyni zamanda Nəsiminin öz əsəri yox, ona həsr olunmuş poemadır. Lakin istənilən halda kitab maraq doğuran bədii tərtibat həllinə malikdir. Belə ki, kitabın üz qabığında tanınmış Azərbaycan rəssamı Nəcəfqulu İsmayılovun “Nəsiminin edamı” əsəri verilib, üz qabığındakı sözlər – kitabın (poemanın) və müəllifin adı həmin şəklin fonunda verilib. Tərtibatın kompüter icraçısı Həyat Mahmudova üz qabığını daha rəngarəng etmək məqsədilə “Qabil” sözünü qırmızı, “Nəsimi” sözünü isə sarı şriftlə yığıb. “Qabil” sözü əsərdəki səma fonunda olduğundan aydın görünür. “Nəsimi” sözü isə əsərin ortasına, onun tünd rənglərlə işlənmiş hissəsinə düşüb. Əgər o da qırmızı olsa idi, o qədər də yaxşı oxunmazdı. Tərtibatçı Nəsimi sözünü sarı rəngdə verməklə həm sözü fondan ayırıb, onun yaxşı nəzərə çarpmasına nail olub, həm də rəng müxtəlifliyi yaradıb. Qüdsiyyə Qəmbərovanın “Nəsimi şeirində sözün hikmətləri”, Varşavada nəşr edilmiş Nəsimi rübailəri, Qəzənfər Paşayevin “Nəsimi haqqında araşdırmalar” (Bakı, 2010), Nəsiminin “Şərq divanı” (tərtib edəni Qəzənfər Paşayev, dizayner Kamran Məcidov; Bakı, 2018) və bəzi başqa kitabların üz qabığının bədii tərtibatında Mikayıl Abdullayevin 1973-cü ildə çəkdiyi Nəsiminin portreti əsas götürülüb. Tərtibat xüsusiyyətlərindən, formatdan asılı olaraq bəzi kitablarda portret tam, bəzilərində isə (əksər hallarda) yalnız Nəsiminin üzü verilib.

Bəzi elmi nəşrlərin bədii tərtibatında hürufi ideologiyasının vizual kompozisiyalarından istifadə olunur. Məsələn, professor Rəhim Əliyevin “Nəsimi və klassik dini üslubun təşəkkülü” kitabının üz qabığında ərəb hərflərindən yığılmış kişi siması əks olunub. Nəhayət, elə kitablar var ki, burada bədii tərtibatda şəkillər olmur, kompozisiya rəng və şriftlə tamamlanır. Bunlardan Firudin Qurbansoyun “İmadəddin Nəsimi” (Bakı, 2019; tərtibatçı Rəvanə İlhamqızı), Türkan Əsgərovanın “Nəsimi dilinin frazeologiyası” (Bakı, 2015; dizayner Zahid Məmmədov) və başqalarını göstərmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib