MƏDƏNİYYƏT


“Netflix” Elvis Preslini casus obrazında təqdim edəcək

Bakı, 17 avqust, AZƏRTAC

“Netflix” striminq servisi Elvis Presli haqqında “Agent King” adlı animasiya serialı çəkəcək.

AZƏRTAC “Lenta.ru”ya istinadla xəbər verir ki, serial komediya janrında çəkiləcək. Elvis məxfi təşkilatda işləyən və şər qüvvələrlə mübarizə aparan casus obrazında təqdim olunacaq.

Serialın anonsu müğənninin vəfatının 42-ci ildönümünə həsr olunub. Ssenari müəllifi Mayk Arnold olacaq. Con Eddi və müğənninin keçmiş xanımı Pristsilla Presli həmmüəllif və icraçı prodüser qismində çıxış edəcəklər.

P.Preslinin sözlərinə görə, Elvis uşaqlıqda dünyanı xilas edən superqəhrəman olmağı arzulayıb və bu serial “həmin arzunu gerçəkləşdirəcək”. P.Presli qeyd edib ki, “Netflix” və ”Sony Animation” şirkətləri ilə çalışmaq Elvisi tamaşaçılara başqa obrazda təqdim etmək üçün əla fürsətdir.

Elvis Preslini “Rok-n-rol kralı” adlandırırlar. O, hitə çevrilmiş albomlarının sayına (97) görə Ginnesin Rekordlar Kitabına düşüb. Onun vallarının ümumi tirajı bir milyard nüsxəni ötüb. Müğənni 1977-ci il avqustun 16-da 42 yaşında ürək tutmasından vəfat edib. Onun ölümünün həqiqi səbəbini bəzən trankvilizator və narkotiklərdən sui-istifadə etməsi ilə əlaqələndirirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.