MƏDƏNİYYƏT
Niderland azərbaycanlıların gözü ilə
Bakı, 23 iyul, AZƏRTAC
Bakıda “Yay Festivalı 2018” çərçivəsində “Art Tower” rəssamlıq qalereyasında “Niderland azərbaycanlıların gözü ilə” adlı sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi Niderland Krallığının Azərbaycandakı səfirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının, Azərbaycan Mədəniyyət Nazirliyinin və Gənclər Şəbəkəsinin birgə təşəbbüsü ilə təşkil edilib.
Sərgidə 13 gənc azərbaycanlı rəssamın Niderlandla bağlı əsərləri nümayiş etdirilib. Onlardan biri - Babək Abdullayev Niderlandın Azərbaycandakı səfiri Onno Kerversin portretini yaradıb.
Tədbirin sonunda səfir Onno Kervers rəssamlara sertifikatlar və mükafatlar təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:02]
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
- 26.04.2024 [17:51]
Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub
- 26.04.2024 [17:46]
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]