SİYASƏT


Niderland portalında Ermənistanın Azərbaycana qarşı təxribatı barədə məqalə dərc edilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Niderlandın “haber.nl” portalında Ermənistanın Azərbaycan ərazilərinə genişmiqyaslı təxribatından bəhs edən məqalə dərc edilib.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev və Şuranın üzvü, Beynəlxalq Azərbaycan Xanımları Klubunun sədri Kəmalə Ceylinovanın həmmüəllifləri olduqları yazıda Ermənistanın sentyabrın 27-də səhər saatlarında bütün cəbhəboyu genişmiqyaslı hücuma keçərək, Azərbaycanın yaşayış məntəqələrinə və hərbi obyektlərinə artilleriya zərbələri endirməsi, mülki əhali və hərbçilər arasında itkilərin olması, Azərbaycanın öz torpaqlarını müdafiə və işğaldan azad etmək məqsədilə işğalçı Ermənistan ordusuna layiqli cavab verməsi, xarici ölkələrin bu məsələyə münasibəti barədə ətraflı məlumatlar verilib.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitat gətirilib: “Şəhidlərimizin qanı yerdə qalmayacaq. Ermənistan işğal etdiyi torpaqlarımıza qeyri-qanuni olaraq yerləşməyə çalışır. Öz torpaqlarımızı müdafiə edirik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.