DÜNYA


Niderlandda COVID-19 test mərkəzinin yaxınlığında partlayış baş verib

Haaqa, 3 mart, AZƏRTAC

Niderlandda COVID-19 testi mərkəzinin yaxınlığında partlayış baş verib, ilkin məlumata görə yaralanan yoxdur.

AZƏRTAC xəbər verir ki, Niderland polisi Bovenkarspeldə koronavirus test mərkəzi yaxınlığında səhər saat 06:55 radələrində partlayış baş verməsinə dair məlumat yayıb.

Səhər saatlarında baş vermiş partlayış nəticəsində pəncərələrin sındığı bildirilib. Partlayışla bağlı təhqiqat aparılır. Polis partlayışın niyyətli şəkildə törədildiyini ehtimal edir.

Xatırladaq ki, yanvar ayında Niderlandda komendant saatının tətbiqinə etiraz nümayişləri keçirilib, bəzi koronavirus test mərkəzləri yandırılıb. Niderlandda bir neçə gün etiraz nümayişləri davam etmişdi.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Haaqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.