DÜNYA
Nigerdə silahlılar tərəfindən oğurlanmış 30 məktəbli əsirlikdən azad edilib
Bakı, 10 yanvar, AZƏRTAC
Nigeriyanın şimal-şərqində təxminən yeddi ay bundan əvvəl silahlıların məktəbə hücumu zamanı oğurlanmış 30 məktəbli və onların müəllimi əsirlikdən azad edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sinxua agentliyi Kebbi ştatının hakimiyyət orqanlarına istinadla məlumat yayıb.
Ştat qubernatorunun mətbuat katibi bildirib ki, Birnin Yauri rayonundakı Federal hökumət kollecinin 30 şagirdi və müəllimi azad olunduqdan sonra Kebbinin administrativ mərkəzinə gəliblər. Onlar tibbi müayinədən keçəcək və ailələrinə qaytarılacaq.
Girovların azad edilməsinin təfərrüatları açıqlanmayıb.
Agentlik xatırladır ki, bir qrup silahlı 2021-ci il iyunun 17-də orta məktəbə hücum edib və bir polis işçisini öldürüb. Onlar “qeyri-müəyyən miqdarda” şagirdi və bir neçə müəllimi oğurlayıblar. Yerli KİV-in məlumatına görə, bundan əvvəl onlarla şagird girovluqdan qurtarılıb.