İDMAN


Nikita Mazepin: Bakı şəhər halqasında yüksək sürəti hiss etmək çox maraqlıdır

Bakı, 2 iyun, AZƏRTAC

Bakı treki özünəməxsusluğu ilə seçilir və sürəti o qədər də böyük olmayan şəhər traslarından fərqlənir. Monakoda keçirilmiş Qran-Pridə iştirakımdan məmnunam və növbəti mərhələni səbirsizliklə gözləyirəm. Bakı şəhər halqasında yüksək sürəti hiss etmək çox maraqlı olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Haas” komandasının rusiyalı pilotu Nikita Mazepin bildirib.

İyirmi iki yaşlı pilot 2019-cu ildə Bakıda Formula 2 yarışında mübarizə apardığını və sürücülərin yüksək sürət yığmalarına imkan verən trası yaxşı xatırladığını bildirib. O vurğulayıb ki, trasın İçərişəhərdən keçən hissəsində bəzi sahələr Monako trekinə bənzəsə də, Bakı trası tamamilə fərqlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.