Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nikol Paşinyan ölkəni dövlətçilik təfəkkürü zəminində deyil, küçə psixologiyası ilə idarə etməyə çalışır

Nikol Paşinyan ölkəni dövlətçilik təfəkkürü zəminində deyil, küçə psixologiyası ilə idarə etməyə çalışır

Beynəlxalq münasibətlər sisteminin tənəzzülə uğradığı bir məqamda geosiyasi ziddiyyətlərin kəskinləşməsi dövlətlərin konstruktiv əlaqə şanslarını getdikcə azaldır. Qlobal miqyasda geosiyasi durum son dərəcə həssas bir mərhələyə qədəm qoysa da, böyük dövlətlər, dünya nizamına təsir gücünə malik siyasi mərkəzlər böhrandan çıxış yolu axtarmaq əvəzinə, onu daha da dərinləşdirirlər. Üçüncü minilliyin əvvəlindən başlayan proseslər onu göstərir ki, hələlik ABŞ-ın razılığı olmadan beynəlxalq münasibətlər sistemində real dəyişikliklər etmək, qlobal təhlükəsizliyə yeni təhdidlərin qarşısını almaq imkansızdır. Müasir dünyada strateji balansın və sabitliyin təminatı mühüm vəzifə kimi ön plana çıxsa da, geosiyasi qərarların qəbulu mexanizmi təkmil deyil, böyük dövlətlər isə problemlərin açıq və ədalətli müzakirəsindən yayınırlar. Planetin gələcəyini, bəşəriyyətin taleyini təhdid edən yeni təhlükələr, risklər, şiddətlənən terror və separatizm dalğası dünyanı daha dərin qatlarda parçalamaqdadır. Qlobal miqyasda baş verən hadisələrin təhlili aydın göstərir ki, böyük dövlətləri yalnız öz maraqlarının təmini düşündürür, onların radikal addımlarının əsas səbəbi də budur. İkili standartlar, xristian həmrəyliyi beynəlxalq hüquq sistemini getdikcə arxa plana daha çox sıxışdırır. Milli-radikal mövqenin güclənməsi Qərbdə qarşısıalınmaz prosesə çevrilməkdədir. Ölkələrin idarəetmə, intellektual, strateji və maliyyə imkanlarını nəzarətdə saxlamaq üçün yeni-yeni təsisatlar, mexanizmlər formalaşdırılır. Təbii ki, dünyada baş verən proseslərin fonunda Cənubi Qafqazda da risklər çoxalır. Vaxtilə SSRİ-ni dağıtmaq məqsədilə milli münaqişələri, o cümlədən, ilk növbədə, Dağlıq Qarabağda alovlanan müharibə ocağını körükləyən Qərb bu gün də məkrli planlarını genişləndirir. ABŞ və Rusiya arasında Cənubi Qafqaz uğrunda savaş kəskinləşməkdədir. Gec və ya tez Ermənistanın sahibinin kim olduğu aydınlaşacaq. Çünki Ermənistanın yalan və yaltaqlıq üzərində qurulan siyasəti artıq iflasa uğrayıb, “erməni baharı”nın sonu çatıb. Ermənistanda baş verən iğtişaşlara, küçə yürüşlərinə “mədəni inqilab” donu geyindirməyə çalışan Qərb dairələri erməni diasporunun uydurmalarına aldanıb Ermənistanı Rusiyanın ağuşundan qoparacaqlarına inanırdılar. Görünür, Qərb geosiyasi, ideoloji-siyasi aspektdə bunun o qədər də asan olmadığının fərqinə varmamışdı. Az sonra hamıya bəlli oldu ki, “azad ölkə” kimi ictimai şüura sırınan bu məmləkətdə demokratiya və insan hüquqlarından əsər-əlamət yoxdur. Serj Sarkisyanın hərbi xunta rejimini əvəzləyən Nikol Paşinyan iqtidarı sürətlə uçuruma yuvarlanmaqdadır. Qərbin və Paşinyanın Ermənistanın yönünü dəyişmək niyyətləri ölkəni qarşıdurma vəziyyətinə salıb. İlk vaxtlar Paşinyanın müstəqil siyasət yeritməyə qabil olub-olmaması barədə fikirlər gündəmə hakim kəsilsə də, çox qısa zamanda bəlli oldu ki, Rusiyanın qoyduğu çərçivədən çıxmaq Ermənistana baha başa gələ bilər. Soçidə Avrasiya İqtisadi İttifaqının toplantısında “rusiyapərəst” yox, “ermənipərəst” siyasətçi olduğunu dilə gətirən Nikol Paşinyan özü də artıq siyasətçi olmadığını anlamağa başlayıb. Onun “Rusiya ilə yeni strateji əməkdaşlıq modeli” barədə fikirləri də xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil. Ermənistan cəmiyyətində obyektivliyini az-çox qoruyub saxlayan politoloqlar da bunun bir feyk olduğunu etiraf edirlər. Moskva ilə bütün sahələrdə əməkdaşlığın inkişafına çalışacağını bəyan edərək, böyük ümidlərlə bu günlərdə Rusiyaya səfər edən Nikol, heç şübhəsiz ki, uğursuzluğa düçar olacağını əvvəlcədən görürdü. Ancaq baş nazir özünün siyasi, ideoloji və diplomatik hazırlıqsızlığını pərdələmək üçün daxildə ictimai rəylə spekulyasiya etməkdən belə çəkinmədi. Paşinyanın boynunu bükərək Moskvada qapıları döyməyə, “sədaqət” andı içməyə vadar edən səbəblər çoxdur. O, yaxşı bilir ki, Ermənistanın siyasəti, iqtisadiyyatı və təhlükəsizliyi birbaşa Rusiyadan asılıdır. Bu forpostu Avropa İttifaqı ilə yarımçıq saziş imzalamağa sövq edən də Rusiyadır. Ermənistanın Moskvadan umacağı çoxdur, lakin Rusiyanın bu qondarma, cırtdan dövlətin istəklərini yerinə yetirmək imkanları məhduddur. Bu səbəbdən də Paşinyan gah nala vurur, gah da mıxa. Rusiya və Qərbin arasında vurnuxmaq heç də yaxşı gələcək vəd etmir və şimal qonşumuzun xəyanətkar forpostdan narazılığı getdikcə güclənir. Cənubi Qafqazın ən demokratik ölkəsi Azərbaycanın beynəlxalq nüfuzu və qüdrəti günbəgün artır. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən önəmli layihələrin təşəbbüskarıdır, müstəqil siyasət yeridir, bütün dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlıq əsasında bərabərhüquqlu subyekt kimi əlaqə qurur. “Şimal-Cənub”, “Şərq-Qərb”, “Cənub-Qərb” nəqliyyat dəhlizləri böyük bir geosiyasi məkanın xəritəsini dəyişməklə Azərbaycana geosiyasi qovşaq statusu qazandırıb. Azərbaycan Silahlı Qüvvələri bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır. Aprel döyüşləri, Günnüt əməliyyatı göstərdi ki, Ermənistanın manevr imkanları tükənib, ölkəmiz həm diplomatiya, həm də hərbi sahədə düşməni diz çökdürməyə və torpaqlarını azad etməyə qadirdir. Bu fakt düşməni vahiməyə salır, Qərblə Rusiya arasında seçimə sövq edir. İki güc arasında vurnuxan Ermənistanın etibarsızlığı Rusiyada siyasi-analitik müstəvidə ciddi aqressiya və hiddət doğurur. Paşinyanın Moskvada qeyri-ciddi, diletant fiqur kimi qarşılanmasının, öz ölkəsinə əliboş, üzüqara qayıtmasının əsas səbəblərindən biri də budur. Onun Ermənistanda verdiyi müsahibələrdən, populist çıxışlarından və Moskvada səsləndirdiyi fikirlərdən bəlli olur ki, erməni baş nazir Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə dumanlı və qeyri-obyektiv təsəvvürə malikdir. O, danışıqların Dağlıq Qarabağ separatçıları ilə aparılmalı olduğunu iddia etsə də, az sonra özünü təkzib edərək Ermənistanın münaqişədə bir tərəf olduğunu bildirir. Deməli, Dağlıq Qarabağdakı separatçıların, terrorçuların danışıqlarda tərəf olması barədə səsləndirilən iddialar yüngül desək, baş nazirin sərsəm xülyasından başqa bir şey deyil. Moskva səfərindən əvvəl Paşinyana yaxın kütləvi informasiya vasitələri qarşıdakı danışıqlardan gözləntilər və diplomatik uğurlar barədə materiallar dərc edir, müxtəlif versiyalar səsləndirirdilər. Baş nazir Ermənistanın Rusiyaya sədaqətinə dair difiramblar söyləməklə güzəştlər qoparacağına ümid etsə də, Putinin istehzalı baxışlarını görəndə yanıldığını anladı. Nikolun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın “yeni” mövqeyinə dəstək qazanmaq, Qazpromdan alınan qazın qiymətində güzəştlər əldə etmək, Azərbaycana silah satışının və ölkələrarası hərbi əməkdaşlığın qarşısını almaq, Ermənistana investisiyalar cəlb etmək arzusu ürəyində qaldı. Təkcə Nikol yox, bütün Ermənistan ictimaiyyəti bu səfərin yekunlarından, daha doğrusu, yekunsuzluğundan ciddi məyusluğa düçar oldu. Erməni iş adamları ilə görüş də bir nəticə vermədi. Nikol Paşinyanın uğursuzluğu bununla bitmədi, onu öz ölkəsində daha bir sürpriz gözləyirdi. Sentyabrın 11-də Ermənistanın iki xüsusi xidmət orqanının – Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Komitəsinin sədri Sasun Xaçaturyan arasında telefon danışığının audioyazısının İnternetdə yayımlanması ölkədə gərginliyi daha da artırdı. Paşinyan Ermənistanda həyata keçirilən həbslərdən xəbərsiz olduğunu bildirərək, baş verən olayları şantaj adlandırsa da, audioyazı baş nazirin növbəti yalanını ifşa etdi. İstintaqçılar sabiq prezident Robert Köçəryanın, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun həbsi barədə qərarın siyasi sifariş olduğunu və Nikol Paşinyan tərəfindən verildiyini açıq etiraf etmişlər. Telefon danışığı zamanı İstintaq Komitəsinin sədrindən Yuri Xaçaturovun barəsində həbs-qətimkan tədbirinin seçilməsinə hazırlıq getdiyini eşidən Təhlükəsizlik Xidmətinin rəhbəri ciddi narahatlıq keçirərək, “bircə Xaçaturovu yox, KTMT rəhbəridir, tam biabır olarıq” deyir. Komitə sədri Sasun Xaçaturyan isə Artur Vanetsyana Rusiya ilə “razılaşma” olduğunu söyləyərək, baş nazirlə danışmağı məsləhət görür. Öz rəqiblərini, Rusiyanın adamlarını, vaxtilə zərbə aldığı şəxsləri aradan qaldırmağa qərar verən baş nazir bu gün ciddi təlaş və qorxu içərisindədir. Əks təqdirdə o, “Nikol Paşinyana nə isə olsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatil hesab etdiyi şəxslər üzərində məhkəmə quracaq” deməzdi. Görünür, Paşinyan özünü baş nazir postunda deyil, yenə küçə mitinqlərində “Soros uşaqları”nın yanında sərsəm fikirlər söylədiyi yerdə hiss edir. Aqillər doğru deyiblər: “Bundan sonra hara gedəcəyini bilmək üçün, bundan əvvəl haradan gəldiyini bilmək lazımdır”. Nikol Paşinyan küçədən gəlib, qayıdacağı yer də küçə olacaq.

Həsən HƏSƏNOV,

“Xalq qəzeti”nin baş redaktoru,

Əməkdar jurnalist 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!