DÜNYA


Nil qazları Avropada daha yaxşı yaşayır 

Berlin, 23 yanvar, AZƏRTAC 

Almaniyadan Afrikaya qayıtmaq istəməyənlər təkcə miqrantlar deyil. Hazırda Visbaden şəhərindəki Kurort parkında vüqarla gəzişən Nil qazlarının əcdadlarını XVIII əsrdə Misirdən İngiltərəyə dekorativ quşlar kimi gətiriblər.

AZƏRTAC xəbər verir ki, elə həmin əsrin sonlarında Dumanlı Albiondakı heyvanyetişdirmə müəssisələrindən uçub qitəyə gələn ilk cütlüklər vəhşi təbiətdə çoxalmağa başlayıb. Bu qazlar Almaniyanın iqlim şəraitinə gözəl uyğunlaşıblar və qışlamaq üçün doğma Nilə qayıtmaq barədə heç düşünmürlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.