MƏDƏNİYYƏT


Niyazinin mənzil-muzeyinin növbəti tədbiri Çingiz Hacıbəyova həsr olunub

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində Əməkdar incəsənət xadimi, dirijor Çingiz Hacıbəyovun 105 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə qonaqlar sənətkarın ömür yolunun əks olunduğu videoçarxa baxıblar.

AZƏRTAC xəbər verir ki, Niyazinin mənzil-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.

Bildirilib ki, Azərbaycanda musiqili teatrın yaradıcılarından olan Çingiz Hacıbəyov 1932-ci ilin noyabrından Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrində skripkaçı kimi fəaliyyətə başlayıb. Sonralar Azərbaycan Xalq Komissarları Soveti nəzdində Radio Komitəsinin simfonik orkestrində dirijor assistenti, dirijor olub. O, qardaşı Niyazi ilə birlikdə həmin orkestrdə Azərbaycan bəstəkarlarının ilk simfonik əsərlərinə, habelə operaların orkestr fraqmentlərinə dirijorluq edib. 1963-cü ilin iyunundan ömrünün sonunadək Çingiz Hacıbəyov Azərbaycan Dövlət Simfonik Orkestrində dirijor kimi çalışıb.

Muzeyin şöbə müdiri Xanım Abidinova, bəstəkarlar Məmmədağa Umudov, Azər Dadaşov və digərləri sənətkarın ömür yolundan, yaradıcılığından danışıb, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərini vurğulayıblar.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.