REGİONLAR


Nizami Gəncəvinin əsərlərində təsəvvüf - sufi motivlərinin yeri VİDEO

Gəncə, 20 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Orta əsrlərdə Şərq islam alimlərinin əsərlərində ən çox yer verilən mövzulardan biri ilahi eşq mövzusu olmuşdur. XII-XIII əsrdə yaşayıb yaratmış dahi şair Nizami Gəncəvinin əsərlərində də təsəvvüf (sufi) düşüncələrə, motivlərə daha çox yer vermişdir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Nizami Gəncəvi əsərlərində təsəvvüf motivlərinin yeri barədə danışarkən tarixçi Bəxtiyar Məhərrəmov bildirib.

Tarixçi deyib ki, ədəbiyyatımızda İmadəddin Nəsimi, Əbu Müəyyəd əl-Cənzi, Şihabəddin Yəhya Sührəvərdi, Məhəmməd Fizuli kimi kifayət qədər böyük təsəvvüf alimləri var. Lakin Nizami Gəncəvi təsəvvüf şairi olmasa da, əsərlərində sufi düşüncələrə yer verməsinin səbəbi onun müəllimlərinin təsəvvüf əhli olmasıdır.

“Nizami “Sirlər Xəzinəsi” poemasında “Kərpickəsən kişinin dastanı” əsəri ilə də kərpickəsən kişinin simasında ənənəvi zahid düşüncəsində olan bir insan obrazını yaratmışdır. Ancaq Nizaminin əsərlərində təsəvvüf fikirlərin zirvəsi “Leyli və Məcnun” poemasıdır. Şair, Məcnun simasında ilahi eşqin bütün dünyəvi sərvətlərə qalib gəldiyini göstərərək, onu böyük bir hikmət sahibi, dövrünün böyük şəxsiyyəti kimi qələmə vermişdir. Şair “İsgəndərnamə” poemasında da dünyanı fəth edən hökmdarın sonda daxilində sakitlik tapa bilməməsini, yalnız ilahi eşqə qovuşduqdan sonra sakitləşdiyini çox ustalıqla göstərmişdir,” – deyə Bəxtiyar Məhərrəmov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.